İnternetdə fəaliyyət göstərən bütün saytların 24/7 aktiv qalması və istifadəçilərə əlçatan olması üçün faylların saxlandığı qovluğa hosting deyilir.
Xüsusən də yeni yaranmış şirkətlər üçün etibarlı hosting seçimi çox vacibdir. Hostingin keyfiyyəti saytınızın açılma sürəti, təhlükəsizliyi və Google sıralamasına birbaşa təsir edir.
Oneline.az olaraq, Azərbaycanda fəaliyyət göstərən şirkətlərə, bizneslərə və fərdi istifadəçilərə sürətli, stabil və yüksək təhlükəsizlikli hosting xidmətləri təqdim edirik.
Saytınızın Google sıralamasında irəli çıxması üçün server sürəti, uptime göstəriciləri və təhlükəsizlik çox böyük rol oynayır. Bizim serverlərimiz NVMe SSD, AntiDDOS qorunması, gündəlik backup, 99.9% uptime və ultrasürətli bağlantı ilə təchiz edilib.
— Ultrasürətli NVMe SSD Serverlər. Saytınızın açılma sürəti Google SEO üçün kritik faktordur. NVMe texnologiyası sayəsində səhifələriniz 3–6 dəfə daha sürətli açılır.
— 99.9% Uptime Zəmanəti. Biznes saytınız, e-ticarət mağazanız və ya şəxsi bloqunuz heç vaxt dayanmasın. Serverlərimiz 24/7 monitorinq olunur.
— AntiDDOS və Tam Təhlükəsizlik Qorunması. Xaker hücumları, SPAM, malware və bot hücumlarına qarşı gücləndirilmiş təhlükəsizlik sistemi.
— Gündəlik Ehtiyat Nüsxə (Backup). Sayt məlumatlarınız avtomatik olaraq backup edilir. Problem yarandıqda bərpa mümkündür.
— Ödənişsiz SSL Sertifikatı – Google üçün vacibdir. SSL təhlükəsizlik baxımından bariyer rolu oynayır. Biz bütün hosting paketlərinə pulsuz SSL təqdim edirik.
— Müştəri üçün 24/7 Texniki Dəstək. Hər hansı texniki problem yaşandıqda komandamız dərhal müdaxilə edir.