ONELİNE MMC
Veb Sayt Pentest Nədir?
Veb saytınız işləyir, amma təhlükəsizdirmi? Pentest (penetration testing) saytınızda mövcud olan təhlükəsizlik boşluqlarını əvvəlcədən aşkar etmək üçün aparılan yoxlamadır. Qısası, pis niyyətli şəxslərdən əvvəl biz test edirik.
Saytınız üzərindən məlumat sızması, icazəsiz giriş və ya sistem boşluqları varsa, pentest zamanı bunlar üzə çıxarılır və sizə açıq şəkildə bildirilir.
Pentest zamanı nələr yoxlanılır?
— Veb saytda mövcud olan təhlükəsizlik boşluqları
— Admin panel və giriş sistemlərinin zəifliyi
— SQL Injection, XSS və oxşar hücum riskləri
— Fayl yükləmə və form təhlükəsizliyi
— Server və veb tətbiq konfiqurasiyası
Bu yoxlamalar sayəsində saytınızın hansı nöqtələrdə risk altında olduğu aydın şəkildə ortaya çıxır. Heç bir real zərər verilmədən, yalnız test məqsədilə analiz aparılır.
Pentest niyə vacibdir?
— Təhlükəsizlik boşluqları hücumdan əvvəl aşkar olunur
— Məlumat sızması riskinin qarşısı alınır
— Sayt və müştəri məlumatları qorunur
— Şirkət imici və etibarlılığı saxlanılır
— Hücumdan sonra deyil, öncədən tədbir görülür
— Texniki hesabat və tövsiyələr təqdim olunur
Qısası, pentest saytınız üçün bir növ “təhlükəsizlik check-up” kimidir. Problem yaranandan sonra yox, problem olmadan əvvəl yoxlamaq həmişə daha doğrudur.